Çin vaksinasiya olunanların sayına görə liderdir - 1 milyard...

  • 2021.06.21 10:28
  • 1007 Baxış
Çin vaksinasiya olunanların sayına görə liderdir -  1 milyard...
COVID-19 peyvəndi ilə bağlı dünya ölkələri üzrə statistik məlumat açıqlanıb.

Medicina.az xəbər verir ki, məlumatda dünyanın 180 ölkəsində 2 milyard 540 milyon dozadan çox peyvəndin tətbiq edildiyi bildirilib.

Dünyada gündəlik tətbiq olunan peyvənd dozalarının sayı 38,5 milyon doza olaraq qeyd edilib.

Peyvəndləməyə görə 1 milyard doza ilə Çin birinci yerdədir. İkinci ən çox peyvənd olunan ölkə 317 milyon 117 min 797 doza ilə ABŞ-dır. Ən çox peyvənd edilən üçüncü ölkə isə 276 milyon 255 min 304 doza ilə Braziliyadır