Çində 1 750 aktiv koronavirus xəstəsi var

  • 23 Yan 2021 09:07
  • 491 Baxış
Çində 1 750 aktiv koronavirus xəstəsi var
Çində son sutka ərzində daha 107 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 88 911-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 635-dir. Ümumilikdə 82 526 xəstə sağalıb.

Ölkədə 1 750 aktiv koronavirus xəstəsi var ki, onlardan da 85-nin vəziyyəti ağır qiymətləndirilir.