Çində avqustdan bəri ən yüksək yoluxma qeydə alındı

  • 2021.12.25 11:57
  • 1925 Baxış
Çində avqustdan bəri  ən yüksək yoluxma qeydə alındı
Çində son sutka ərzində koronavirusa 164 yeni yoluxma faktı qeydə alınıb.

Medicina.az -ın məlumatına görə, bu, avqustun 9-dan bəri ölkə ərazisində qeydə alınan yüksək göstərici olub.

Qeyd olunur ki, son sutkada yoluxanlardan 73 nəfəri xaricdən gələn şəxslər olub.


Statistikaya əsasən, ölkədə son bir həftədə COVID-19-a yoluxanların sayı hər gün 2 faizə yaxın artıb.