Çində ilk dəfə yeni tip quş qripi aşkarlandı - TƏHLÜKƏ

  • 2021.06.01 14:13
  • 1197 Baxış
Çində ilk dəfə yeni tip quş qripi aşkarlandı -  TƏHLÜKƏ

Çində yüksək temperatur və digər əlamətlərlə xəstəxanaya aparılan bir nəfərdə H10N3 viruslu quş qripi aşkarlanıb.

Medicina.az xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasından (NHC) verilən açıqlamaya görə, ölkənin şərqindəki “Jiangsu” bölgəsində 41 yaşlı bir kişiyə H10N3 tipli quş qripi diaqnozu qoyulub.

Virusun xəstəyə necə keçməsi ilə bağlı hər-hansı bir məlumat verilməyib.

NHC quşlarda rastlanılan H10N3 növünün nisbətən daha az şiddətli və yayılma nisbətinin çox aşağı olduğunu bildirib.

Qeyd edək ki, komissiya daha əvvəl heç kimdə buna rastlanılmadığını açıqlayıb.