Çində koronavirusa yoluxanların sayı artır - Daha 20 nəfər...

  • 2020.03.15 11:05
  • 2852 Baxış
Çində koronavirusa yoluxanların sayı artır -  Daha 20 nəfər...
Çində yeni növ koronavirus qurbanlarının sayı ötən gün ərzində 10, yoluxanların sayı isə 20 nəfər olub, 1370 nəfər müalicə olunaraq xəstəxanalardan buraxılıb.

Mecicina.az xəbər verir ki, bu barədə ÇXR-in səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat verib,

Onun sözlərinə görə, Çində yoluxanların ümumi sayı 80844 nəfərə çatıb, 66911 nəfər sağalıb, 3199 nəfər dünyasını dəyişib.

2019-cu ilin sonunda Mərkəzi Çində ortaya çıxan yeni koronavirusun törətdiyi xəstəlik 120-dən çox ölkəyə yayılıb və ÜST tərəfindən pandemiya kimi tanınıb. ÜST-nin məlumatına görə, bu virusa bütün dünyada 142 mindən çox insan yoluxub, təxminən 5,4 min nəfər ölüb.