Çində koronavirusa yoluxanların yarıdan çoxu SAĞALIB

  • 2020.03.01 10:41
  • 2799 Baxış
Çində koronavirusa yoluxanların yarıdan çoxu   SAĞALIB
Çində koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi xəbər yayıb.

Son məlumatlara görə, Çində 79 mindən çox virusa yoluxma halı qeydə alınıb. Onlardan 41 mindən çoxu sağalaraq evinə dönüb. Bu da ümumi yoluxanların 52 faizini təşkil edir.

Hazırda təxminən 33 min nəfər hələ müalicə prosesindədirlər.

Qeyd edək ki, bu günə kimi dünya üzrə 86,9 min koronavirusa yoluxma halı qeydə alınıb ki, onun da böyük hissəsi Çinin payına düşür. Yoluxanlardan 2,9 min nəfəri ölüb.