Çində koronavirusla bağlı SON VƏZİYYƏT

  • 2020.09.18 11:27
  • 2114 Baxış
Çində koronavirusla bağlı  SON VƏZİYYƏT
Çində son sutka ərzində daha 32 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Medicina.az xəbər verir ki, bu barədə “worldometers.info”da məlumat qeyd olunub.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 255-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 456 xəstə sağalıb. Ölkədə 165 aktiv koronavirus xəstəsi var ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir.