Çində koronaya yoluxma hələ də davam edir: SON STATİSTİKA

  • 2021.02.02 09:21
  • 1296 Baxış
Çində koronaya yoluxma hələ də davam edir:  SON STATİSTİKA
Çində son sutka ərzində 30 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

“medicina” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 594-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 83 376 xəstə sağalıb.

Ölkədə 1 582 aktiv koronavirus xəstəsi var ki, onlardan da 72-nin vəziyyəti ağır qiymətləndirilir.