Çində yeni virus həyəcanı

  • 2020.08.06 09:43
  • 2917 Baxış
Çində yeni virus həyəcanı
Bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda Çində yeni virus qorxuya səbəb olub.

Yüzminlərlə insanın ölümünə səbəb olan COVİD-19-un mənbəyi olan Çində yeni yayılan virus "bunya virus" adlanır. Gənə dişləməsi ilə keçdiyi ehtimal edilən virusa görə, qısa müddətdə 7 nəfər ölüb. 60 adamın isə yoluxduğu bildirilir. İlin ilk yarısında Jiangsu əyalətində 37, Anhuida isə 23 nəfərin virusa yoluxduğu bəlli olub.

Yoluxanlarda yüksək hərarət, öskürək kimi əlamətlər müşahidə edilir. Araşdırmalar belə xəstələrin orqanizmlərində leykosit və trombositlərin kəskin azalmasını ortaya çıxarlblar.

Əslində bu yeni virus deyil, Çində 2011-ci ildə bu patologiya müəyyən edilib. Virusoloqlar virusun insanlara gənədən keçdiyini, ancaq insandan insana qan yolu ilə yoluxmasının da istisna edilmədiyini deyirlər.