Çindən kənarda koronavirusa 1769 insan yoluxub

  • 2020.02.24 08:26
  • 1567 Baxış
Çindən kənarda koronavirusa   1769 insan yoluxub
Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 1769 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, saat 13:00 (GMT+4) üçün Çindən kənarda 367 yoluxma halı qeydə alınıb, ölənlərin sayı 17 nəfərə çatıb. Ümumilikdə yoluxma halları Çindən kənarda 28 ölkədə qeydə alınıb.

Qeyd edək ki, yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 77042 nəfərə çatıb, onlardan 2445 nəfəri ölüb, 22,8 mindən artıq insan isə sağalıb.