Cinsi əlaqə zamanı ağrı hiss edənlər – Səbəbləri

  • 2023.05.22 22:04
  • 2185 Baxış
Cinsi əlaqə zamanı ağrı hiss edənlər  – Səbəbləri
Qadınlarda cinsi əlaqə zamanı ağrı, kişilərə nisbətən daha tez-tez baş verir.


“Medicina” xəbər verir ki, qadınlarda ağrılı cinsi əlaqənin tibbi səbəbləri çoxdur.


Bunlardan:

• Sidik yollarının infeksiyaları cinsi əlaqə zamanı qarının aşağısında ağrı verir. Eləcə də xarici cinsiyyət orqanlarında genital ziyillər, herpes, qaşınma olur.
• Endometrioz;
• Genital orqanlara travma, yara
• Yumurtalıq kistləri və şişləri;
• Estrogen çatışmazlığı - postmenopozal dövrdə, oral kontraseptivlərin istifadəsi və ya süd verən analarda laktasiya səbəbiylə;

• Kişinin spermasına allergiya;
• Vulvanın distrofik xəstəlikləri (dermatozlar);
• penis və vagina ölçüsü arasında uyğunsuzluq;
• Çanaqda, əzələlərdə, vətərlərdə iltihab .


Kişilərdə;

• Prostat vəzi, sidik kisəsinin və ya seminal veziküllərin infeksiyaları;
• Qonoreya;
• Uretrit və ya prostatit;
• Frenulum zədələnməsi;

Həmçinin cinsi əlaqə zamanı ağrı interstisial sistitin əlaməti ola bilər.

Psixoloji problemlərə gəldikdə isə kişi və qadın münasibətlərindəki problemlər cinsi həyata mənfi təsir göstərir. Bir qadın kifayət qədər həyəcanlanmırsa, düşüncələri kənar şeylərlə məşğuldursa və ya ön sevişmə yoxdursa, bu zaman ağrı hiss edir.

Bu problemi anlamağa seksoloq və ya psixoterapevt kömək edəcək.

Günay Quluzadə