Cinsi əlaqə zamanı penisini sındırdı

  • 2023.10.23 09:05
  • 24779 Baxış
Cinsi əlaqə zamanı  penisini sındırdı
Pakistanın Lahor Universitetinin cərrahları 34 yaşlı kişinin cinsi əlaqədən sonra cinsiyyət orqanının sınığı barədə məlumat veriblər.

Lent.az xəbər verir ki, bu barədə “International Journal of Surgery Case Reports” jurnalı məlumat yayıb.

Bu sınıq dik penisin travması nəticəsində yaranıb.

Bu hadisə potensial ciddi ağırlaşmaları olan sidik-cinsiyyət sisteminin nadir zədələnməsidir.

Kişi klinikaya gəlib və cinsi əlaqədən sonra penisdə kəskin ağrı, şişlik və nəzərəçarpacaq deformasiyadan şikayətlənib.

Kliniki müayinə penis sınığı diaqnozunu təsdiqlədi. Həkimlər sınığı bərpa edib.

“Erkən cərrahi müdaxilə vacib idi. Penis sınıqlarının kliniki təqdimatı və idarə edilməsi haqqında məlumat mövcud cərrahi ədəbiyyata əlavə edilməlidir. İşin hərtərəfli nəzərdən keçirilməsi bu cür xəsarətlərin idarə edilməsinin daha yaxşı başa düşülməsinə kömək edir "deyə bildirilib.