Cinsi əlaqədən sonra pis qoxulu, xüsusilə balıq iyi kimi axıntı normal sayılmır.
Bakterial vaginoz – Boz-ağ, duru axıntı və xüsusilə cinsi əlaqədən sonra artan balıq qoxusu ola bilər.
Trixomoniaz – Sarı-yaşıl, köpüklü və pis qoxulu axıntı, qaşınma və sidikdə yanma yarada bilər. Cinsi yolla ötürülür.
Digər cinsi yolla keçən infeksiyalar – Xlamidiya və qonoreya kimi infeksiyalar da qeyri-adi axıntıya səbəb ola bilər.
Vaginal mikrofloranın pozulması – Ətirli sabunlar, intim yuyucu vasitələr və vajinanın daxili yuyulması normal bakterial tarazlığı poza bilər.
Unudulmuş tampon və ya başqa yad cisim – Güclü və xoşagəlməz qoxuya səbəb ola bilər.
Göbələk infeksiyasında isə adətən güclü qaşınma və kəsmikvari ağ axıntı olur; kəskin pis qoxu daha az xarakterikdir.
Nə etmək lazımdır?
Özbaşına antibiotik və ya vaginal şam istifadə etməyin. Axıntı təkrarlanırsa və ya qaşınma, yanma, qarınaltı ağrı, sidikdə yanma, qanaxma və ya qızdırma varsa, ginekoloqa müraciət edib yaxma və lazım olan CYKİ analizlərini vermək məsləhətdir.
Aygün
Medicina.az