Cinsi istəksizliyin səbəbləri – Niyə hisslər itir?

  • 2023.07.12 22:33
  • 1482 Baxış
Cinsi istəksizliyin səbəbləri  – Niyə hisslər itir?
Cütlük partnyorlardan birinin cinsi istəyinin azaldığını hiss etməsi və cinsi əlaqəyə girmək istəyinin olmaması çox rast gəlinən vəziyyətdir.

“Medicina” xəbər verir ki, cinsi əlaqədən qaçmaqda yalnız sressi günahlandırmaq, o qədər də həqiqətə uyğun gəlmir. Hormonal dəyişikliklər, cinsi yolla ötürülən infeksiyalar, pis həyat tərzi və s. səbəb ola bilər. Lakin səbəb nə qədər tez araşdırılıb, problem aradan qaldırılsa, bir o qədər yaxşıdır.

Aşağı libido cinsi istəyin olmamasına səbəb ola bilər. İstər qadınlarda, istərsə də kişilərdə bu baş verə bilər. Qadınlarda hətta 20 yaşlarında belə buna rast gəlmək olar. Psixoloji və fizioloji amilləri də unutmaq olmaz.


Hormonların pozulması nəticəsində də cinsi əlaqə istəyi itə bilər. 30-45 yaş arası qadın orqanizmində estrogen səviyyələrində azalma müşahidə olunur, bunun nəticəsində vaginal əzələlər daha az elastik olur, cinsiyyət orqanları isə daha az maye ifraz edir. Problemi aradan qaldırmaq üçün hormonlarla yanaşı, qalxanabənzər vəzini də yoxlamaq lazımdır. Çünki, qalxanabənzər vəz və cinsiyyət bir-biri ilə bağlıdır.

Kişilərdə isə cinsi istəksizliyin səbəbləri testosteronun aşağı olması ola bilər. İstər libido, istər sə də testosterondakı problemlər yaşla bağlı ola bilər. Lakin bu hər yaşda aradan qaldırılan problemdir.

Cinsi istəksizlik qadınlarda vaginal yolla keçən infeksion xəstəliklərdən qaynaqlanır. Bu cür xəstəliklər diskomfort və ağrıya səbəb olur, buna görə də seks istəməyə bilərlər. Əlamətləridən biri sidiyə getdikdə göynəmə və yanmadır.


Cinsi istəysizliyə digər xəstəliklər də səbəb ola bilər. Xərçəng, diabet, hipertoniya, ürəkdə işemik, nevroloji xəstəliklər səbəb ola bilər.


Hətta müəyyən dərman preparatları da cinsi istəksizliyə səbəb ola bilər. Əsasən də antidepressantlar birbaşa təsir edir. Bu zaman dozanı azaltmaqla bu problemi həll etmək olur.

Stress və həddindən artıq iş həm qadınlarda, həm də kişilərdə cinsi istəksizliyə səbəb ola bilər. Stress zamanı damarlar daralır. Bu daralma qan axınını məhdudlaşdırır və potensial olaraq erektil disfunksiyaya səbəb olur.

Qadınlarda doğuşdan sonrakı hormonal dəyişiklər isə normal sayılır. Əgər bu daha uzun müddətli olarsa. həkimə müraciət etmək lazımdır.

Psixoloji amillərdən isə qorxu hissi - cinsi təcavuz, dini qorxu , uşaqlıq travmaları, hamiləlik qorxusu, xəstəliyə tutulma qorxusu səbəb ola bilər.

Günay Quluzadə