Cinsi yolla yoluxan xəstəliklər - Kişi və qadınlarda ƏLAMƏTLƏR

  • 2020.07.05 16:34
  • 3314 Baxış
Cinsi yolla yoluxan xəstəliklər  - Kişi və qadınlarda ƏLAMƏTLƏR

Bir çox xəstəliklərdən fərqli olaraq cinsi yolla keçən xəstəliklər sperma, vaginal axıntı və qan kimi bədən mayelərinin təması ilə insandan insana vaginal, anal və oral (ağız) yolu ilə yoluxur.

STD-si olan biri ilə qorunmasız vaginal, anal və ya oral cinsi münasibətdə olaraq, bu xəstəliklərdən birinə və ya bir neçəsinə rahatlıqla yoluxmaq olar. Bu cinsi yolla yoluxan xəstəliklərin yayılmasının tək yolu olduğu anlamına gəlməz. Spesifik cinsi yolla keçən xəstəliyə bağlı olaraq, infeksiya iynələrin paylaşımı və əmzirmə yolu ilə də keçə bilər.

Kişilərdə cinsi yolla keçən xəstəliklərin simptomları:

- Cinsi münasibət və ya idrar əsnasında ağrı və ya narahatlıq;
- Penisdə,xayalarda, anusda, qalçada, budda və ya ağızda yaralar, suluq və ya səpgilər;
- Penisdən qəribə axıntı və ya qanama;
- Ağrılı və ya şişmiş xayalar.

Qadınlarda cinsi yolla keçən xəstəliklərin simptomları:

- Cinsi münasibət və ya idrar əsnasında ağrı və ya narahatlıq
- Vaginada,anusda, qalçada, budda, ağızda və ya ağız çevrəsində yaralar, suluq və ya səpgilər
- Vaginadan qəribə axıntı və ya qanama
- Vaginada və ya çevrəsində qaşıntı

Spesifik simptomlar STD-dən asılı olaraq dəyişə bilir. Həmçinin onuda qeyd etmək lazımdır ki, bəzən cinsi yolla keçən xəstəliklər istər qadınlarda, istərsə də kişilərdə asimptomatik ola bilir, yəni hər hansısa bir simptom göstərmir.

Cinsi yolla keçən xəstəliklərin növləri:


- Xlamidiya (Chlamydia trachomatis)
- HPV (Human Papillomavirus)
- Sifilis
- HİV (Human immunodeficiency virus)
- Qonoreya (Gonorrhea)
- Trixomonas ( Trichomonas vaginalis)
- Herpes

Analizə görə Afgen Genetik Diaqnoz Mərkəzinə müraciət edə bilərsiniz⬇ _

3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;
(+994 12) 430 35 17
(+994 50) 265 66 00