Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çirkli şəhər havası autizmli uşaqları - ağırlaşdırır

  • 2025.07.31 19:38
  • 190 Baxış
Çirkli şəhər havası autizmli uşaqları   - ağırlaşdırır


Seul Milli Universitetinin tədqiqatçıları havanın çirklənməsi ilə autizmli uşaqların daha da ağırlaşıb, xəstəxanaya yerləşdirilməsi arasında əlaqə olduğunu sübut ediblər.


Ekoloji vəziyyətin pisləşməsinin bu kateqoriyadan olan uşaqlar üçün təhlükəli olduğunu vurğuladılar.


“Medicina” xəbər verir ki, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqlar, hətta çox qısa müddət ərzində çirkli hava ilə təmasda olduqda xəstəxanaya yerləşdirmə riskinin artmasına səbəb olur. Üstəlik, ən yüksək risk oğlanlarda müşahidə olunur. Onlar belə nəticəyə gəliblər ki, autizmin aqressivlik, hiperaktivlik və hətta özünə zərər vermə kimi xarakterik əlamətləri havanın keyfiyyətini yaxşılaşdırmaqla qarşısını almaq və ya minimuma endirmək olar.


Tədqiqatçıların fikrincə, hətta qısa müddətli çirklənmiş havaya məruz qalma orqanizmdə və beyində sistemli iltihaba səbəb ola bilər.

Bu, autizmli insanlarda xəstəxanaya düşmə riskini artırır. Əvvəlki tədqiqatlar uzun illər ərzində havanın uzunmüddətli çirklənməsi ilə uşaqlarda autizm spektri pozğunluqlarının inkişafı arasındakı əlaqəyə diqqət yetirmişdir.

Cənubi Koreyalı tədqiqatçılar bir neçə həftə və ya hətta gün ərzində qısamüddətli çikrli havaya məruz qalmanın məktəb yaşlı uşaqlarda autizm əlamətlərini pisləşdirə biləcəyini araşdırıblar.

Aygün Musayeva