Çiyələklərdən hepatit A xəstəliyi yayılır- Səhiyyə Agentlikləri

  • 31 May 2022 15:32
  • 1495 Baxış
Çiyələklərdən hepatit A xəstəliyi yayılır - Səhiyyə Agentlikləri


ABŞ və Kanadada bir sıra səhiyyə agentlikləri mart və aprel aylarında alınmış üzvi çiyələklərlə əlaqəli Hepatit A epidemiyasını araşdırıblar.

Medicina.az xəbər verir ki, artıq ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçıları böyük market şəbəkələrində satılan “FreshKampo” və “HEB” çiyələk markalarından imtina barədə xəbərdarlıq edib.

FDA-nın məlumatına görə, epidemioloji məlumatlar göstərir ki, 5 mart və 25 aprel tarixləri arasında satılan təzə üzvi çiyələk markaları bu epidemiyada xəstəliyin mümkün səbəbidir.

Çiyələklərin rəflərdəki ömrü bitsə də, FDA meyvəni dondurub saxlayan hər kəsi onları zibil qutusuna atması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ-da Hepatit A-ya ümumilikdə 17 nəfərin yoluxduğu bildirilir. /telefraf.com/