Çörəkdən tam imtina etmək xeyirlidir, yoxsa?

  • 2023.10.18 18:10
  • 1827 Baxış
Çörəkdən tam imtina etmək xeyirlidir, yoxsa?

Çörək heç vaxt sağlam qidalanmaya zidd deyil, ondan heç vaxt tam imtina etmək olmaz. Hətta çörəyi kəsməklə arıqlamaq da düzgün deyil.

“Medicina” xəbər verir ki, endokrinoloq Tatyana Filippova çörək barədə düzgün olmayan fikirlərin yayıldığını bildirib.

“Çoxları artıq ağ çörəyi iqnor edir, yalnız qara çörəyi faydalı hesab edir. Bu fikir özü də doğru deyil. Çörəkdə vacib məsələ tərkibdir, onun hansı növ undan bişirilməsidir.

Ağ çörək ağ buğda unundan ola bilər, amma tam taxıldan. Bu zaman onda vitamin və faydalı maddələr çox olur.

O ki, qaldı mayalı çörəyə. Çörək bişirilməsində istifadə edilən maya bişmə prosesində parçalanır, praktiki olaraq, orqanizmə hazır çörəkdən düşmür.

Adi mağaza çörəyi qlüten tərkiblidir. O təhlükəlidirmi? Bu inqridiyent 50 ilə yaxındır unda var və 90% insan tərəfindən normal həzm olunur. Yalnız az sayda insan var ki, qlüten həssaslığı var, un məmulatı yeyəndən sonra narahat olursa, qlütensiz çörəyə keçə bilər.

Çörəkdən hətta arıqlamaq üçün tam imtina etmək olmaz. Çünki çörəkdə lif, virtamin, zülal var. Sadəcə artıq çəkisi olanlar, gündə 2 dilimdən artıq çörək yeməyə bilər”.

Aygün Musayeva