Çörəyə mürəbbə, cem çəkib yemək zərərlidir - Uyğunlaşmayan qidalar

  • 2022.01.13 16:10
  • 2797 Baxış
Çörəyə mürəbbə, cem çəkib yemək zərərlidir -  Uyğunlaşmayan qidalar
Həkimlər bir neçə qidanın uyğunsuz qəbulunun insan orqanizminə zərərlərini açıqlayıb.

Medicina.az xəbər verir ki, adətən insanların səhərlər çörək və un məmulatı ilə mürəbbə, cem yaxıb yeməyin düzgün olmadığı bildirilib.

Ən çox rast gəlinən hallardan biri də, səhər un məmulatı və çörəyə mürəbbə çəkib, cüm çəkib yeməkdir. Bunu uşaqlar üçün də edirlər.

Ağ çörək və cem yalnız sadə karbohidratdır, onlar insulin və şəkəri qanda süətlə qaldırır. Bu vərdiş mədəaltı vəzi sıradan çıxarır,
piylənmə və şəkərli diabetə yol açır.

Eləcə də pivə ilə burqer yemək həzmi və metobolizmi pozur, çünki orqanizm əvvəlcə alkoqolu parçalayır, sonra zülal və yağı.

Ona görə pivə ilə un məmulatı, burger, dönər yeyənlərin qarın və beli piylənir.

Mərci yeməkləri ilə çaxır, şərab olmaz.
Spirtli içkidən sonra kofeinli içkilər, qəhvə və s. içmək beynin işini pozur.

Çayla birgə südlü qida, çaydan sonra süd içmək olmaz.

Çünki kofein süddəki kalsiumun sovrulmasını ləngidir.