COVID-19-dan sonra ürək əzələsi zədələnir - Nələr etməli?

  • 2021.09.06 11:39
  • 2418 Baxış
COVID-19-dan sonra ürək əzələsi zədələnir -  Nələr etməli?
Pandemiyanın ilk dövrlərində COVID-19-un yalnız ağciyər toxumasına təsir etdiyini, ürək ağırlaşmaların isə yalnız hipoksiyanın və güclü iltihabın nəticəsi olduğu düşünülürdü.

Lakin sonralar SARS-CoV-2 virusun hüceyrələrə daxil olduğu və ACE2 zülalına bağlandığı sübut edildi. Bu protein (ACE2) qan damarlarının daxili divarının hüceyrələrində, həmçinin ağciyərlərdə, ürək və digər orqanlarda olur. Virus bu hüceyrələrə hücum etdikdə, onları zədələyir ki, bu da ürək qan təchizatını azaldır və onun iltihab riskini artırır.

Beləliklə, koronavirusdan sonra ürəyin ən təhlükəli fəsadlarından biri ürək əzələsinin iltihabı olan miokarditdir. Ürəyin əzələsində gedən iltihabi proses özünü uzun müddət büruzə verməsə də, ciddi problemlərə səbəb olur. Klinik təzahürlərin şiddəti ürək əzələsinin zədələnmə dərəcəsindən asılıdır.
Müalicə olunmamış miokardit ciddi fəsadlara səbəb olur:

Aritmiya - elektrik impulslarının keçirilməsinin pozulmasıdır, taxikardiya, ekstrasistoliya, atrial fibrilyasiya ilə təzahür edir

Kardiomiopatiya - qulaqcıqların böyüməsi, mədəcik həcminin dəyişməsi, qanın ürəkdən damara atılmasının pozulması ilə müşayiət olunan ürək çatışmazlığı;

Ürəkdaxili trombların yaranması; qəfləti ölüm.

Həmçinin, iltihabi dəyişikliklər ürəyin elektrik sabitliyini pozur. Bu, ürəyin fiziki yüklənmə zamanı güclənən ritm pozulmalarına səbəb olur. Buna görə də hətta əvvəllər ürək problemi olmayan xəstələr koronavirusdan sonra fiziki yüklənmədən əziyyət çəkir, halsızlıqdan şikayətlənir.

Miokardit koronavirusdan sonrakı fəsad kimi bütün yaş qruplarında ola bilər, lakin xəstəliyin başlanğıcı simtomsuz və ya minimal təzahürlərlə baş verdiyindən xəstələr müayinə olunmur və vaxtında müalicə olunmur.

COVID-19-dan sağaldıqdan sonra ürək-damar sisteminin fəaliyyətinin tam diaqnostika etmək və ürək - qan damarlarının işini bərpa etmək üçün İnteqrativ Tibb təbii mənşəli, Almaniya istehsalı preparatların köməyilə fərdi bərpa proqramı təklif edir.


Guna matrix - virusun və dərmanların toksin yükünü azaldaraq, orqanizmi hüceyrə səviyyəsində təmizləyir və tez bərpasına kömək edir.
Neurexan- sinir sistemini sakitləşdirir, kortizol sintezini modulə edir, stresə qarşı dözümü artırır

Engystol – virus infeksiyasında sitokin ifrazını tənzimləyir; virusəleyhinə təsir edərək, yenidənyoluxmanı əngəlləyir
Cralonin – taxikardiyanı aradan qaldırır, arterial təzyiqi normallaşdırır
Cor suis compositum – zədələnmiş ürək əzələsini regenerasiya edir, ürəyin funksiyalarını yaxşılaşdırır