“COVID-19 əbədi bizimlə olacaq” - Millət vəkili

  • 2022.04.07 15:14
  • 1513 Baxış
“COVID-19 əbədi  bizimlə olacaq” -  Millət vəkili
“Pandemiyanın bitdiyi bir çox kriterialar müəyyənləşdikdən sonra elan olunur. Hazırda pandemiyanın bitməsindən söhbət edə bilmərik”.


Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov Bakupost.az-a deyib.

Bildirib ki, belə olan halda qapalı məkanlarda maskadan istifadə zərurəti var: “Azərbaycanda ümumi karantin rejimi saxlanılaraq sərt karantin rejimi ləğv olunub.

Həmçinin karantin rejiminin çox böyük müddəaları ortan götürülüb. Lakin bəzi müddəalar var ki, onlar profilaktik xarakter daşıyır. Zaman keçdikcə COVID-19 pandemiyasını törədən virusların mutasiyaya uğrayaraq, müxtəlif formalara keçməsi və nəzəri-praktiki cəhətdən bunun klassik qrip virusu ailəsinə məxsus olaraq həmişəlik bizimlə olacağı şübhəsizdir.


Hesab edirəm ki, ölkədə sanitar-epidemioloji vəziyyət tamamilə norma daxilində və nəzarət altındadır. Yoluxma azalır, hətta bir neçə gündür ölüm sayı da artıq yoxdur. Olduqca müsbət tendensiyadır. Bu müsbət halı peyvəndlənmə siyasətinin nəticələri kimi də qiymətləndirmək olar”.


Fəridə
Baku Post