Covid-19 keçirən xəstələrdə şəkər niyə yüksəlir?- Endokrinoloqdan AÇIQLAMA

  • 18 Fev 2021 15:31
  • 782 Baxış
 Covid-19 keçirən xəstələrdə şəkər niyə yüksəlir? - Endokrinoloqdan AÇIQLAMA


Covid-19 infeksiyası vaxtı pasientlərdə şəkər səviyyələri niyə yüksəlir? Hansı fəsadlara gətirib çıxara bilər,Deksametazon istifadəsi niyə arzuolunmazdır? Bu pasientlər diabet xəstəsi sayılırlarmı?

Covid-19-a tutulmuş diabet xəstələri digər xəstələrə nisbətən 6 dəfə çox xəstəxana şəraitində müalicəyə ehtiyac duyur. Covid-19 xəstəliyinin ağır gedişatına görə diabet ikinci yerdədir. Şəkərli diabet zamanı orqanizmdə ya insulin kifayət etmir və yaxud bu insulin

"yaxşı işləmir".


Medicina.az həkim endokrinoloq Lamiyə Nəbibəylinin koronavirusdan sonra diabetin ağırlaşmasının səbəbləri barədə açıqlamasını təqdim edir:

"İnsulin mədəaltı vəzinin beta hüceyrələrində əmələ gəlir .Bu hüceyrələr bütün vəzinin cəmi 1-2 %-ni təşkil edir. İnsulinin qana atılması 2 formada baş verir:


1) bolyus- yəni hər qida qəbulunda (xüsusilə karbohidratlarlarin qəbulu zamanı);
2) bazal- gün ərzində qidadan asılı olmadan; Lakin müxtəlif səbəblərdən Covid-19 infeksiyası ( iltihab, yenitörəmələr, stress, müxtəlif dərmanların qəbulu və s.) orqanizmin insulinə olan təlabatı artır

Sağlam orqanizm bu ehtiyaci ödəyir və insulin ifrazını artıra bilir. Lakin Diabet və Prediabet ( yəni şəkər meyilli) xəstələrində bu ehtiyacı orqanizm qarşılaya bilmir və nəticədə şəkər səviyyələri yüksəlir. Covid -19 orqanizmdə hiperinfeksiya yarada bilən virusdur, müalicədə istifadə olunan steroid preparatlar antivirallar və s. müalicədə istifadə edilən Deksametazon və digər steroid dərmanlar Diabet və Prediabet xəstələrində çox yüksək şəkər səviyyələri yaradır. Nəzarət olunmazsa pasient hiperqlikemik komaya girə bilər.


Hətta diabeti olmayan adamlarda şəkər səviyyələri yüksəlir. Covid-19 infeksiyası dövründə müalicə dövründə daha güclü antidiabetik preparatlar və yaxud insulinterapiya təyin olunur. Coviddən sonrakı dövrdə şəkər səviyyələrinə nəzarət etməklə insulin dozalarının azaldılması, yenidən antidiabetik preparatlara keçilir. Hətta dərman qəbulunu ləğv etmək belə olar.bu dövr 2-3 aydan 6 aya qədər çəkə bilər. Sağlam qidalanma və həyat tərzi və mədəaltı vəzi və ümumiyyətlə orqanizm özünü nə dərəcədə bərpa edə bilir. Bu zaman biotənzimləyiciterapiyanın drenaj-detoksikasiya,infuziya və ya damcı formada); ozon və oksiven terapiyası,bioloji aktiv nöqtələrə homosiniatriya və s.) köməyindən istifadə etmək olar.