COVID-19-la bağlı vəziyyət GƏRGİNLƏŞİR: Son rəqəmlər

  • 2020.12.21 09:22
  • 1570 Baxış
COVID-19-la bağlı vəziyyət GƏRGİNLƏŞİR:  Son rəqəmlər


Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 77 milyon 172 min 237 nəfərə çatıb.

Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 699 min 644 nəfərdir. İndiyədək 54 milyon 89 min 577 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 795 942 nəfər koronavirusa yoluxub, 10 256 pasiyent dünyasını dəyişib