COVID-19-la mübarizə aparan həkimlərin nəzərinə!

  • 2022.12.03 11:26
  • 1797 Baxış
COVID-19-la mübarizə aparan həkimlərin  nəzərinə!
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.


Medicina.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-ci il yanvarın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.