Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19 peyvəndlərinin gözlənilməz faydalı təsiri

  • 2024.08.01 18:32
  • 1754 Baxış
COVID-19 peyvəndlərinin gözlənilməz faydalı təsiri
COVID-19 vaksinləri insult və infarkt riskini azaldır.

Medicina.az xəbər verir ki Kembric, Bristol və Edinburq universitetlərinin alimləri bu qənaətə gəliblər.

Araşdırmanın nəticələri “Nature Communication” jurnalında dərc olunub.

Tədqiqatçılar İngiltərədə 2020-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər toplanmış, 46 milyon insanı əhatə edən tibbi məlumatları təhlil ediblər.

Onlar COVID-19 peyvəndindən sonra ürək-damar xəstəliklərinin tezliyini araşdırıb, onu peyvənddən əvvəlki və peyvənd olunmamış şəxslər arasındakı xəstəlik halları ilə müqayisə ediblər.

Alimlər diqqəti arterial və venoz tromboz, infarkt, insult və ağciyər emboliyası hallarına yönəldiblər.

Nəticələr göstərib ki, peyvəndin ilk dozasını qəbul etdikdən 13-24 həftə sonra infarkt və insult tezliyi 10% azalıb. AstraZeneca ilə gücləndirici peyvəndləmə bu halları daha 27%, Pfizer/BioNTech isə 20% azaldıb.

Qeyd olunur ki, COVID-19-a qarşı peyvənd venoz tromboz hadisələrinin sayını da azaldıb.

Əlavə tədqiqatlar vaksinin istifadəsi ilə bağlı ürək-damar ağırlaşmalarının nadir hallarını müəyyən edib. Söhbət mRNT peyvəndlərindən sonra müşahidə olunan miokardit (ürək əzələsinin iltihabı) və perikarditdən (ürəyin xarici qişasının iltihabı) gedir.

Adenovirus peyvəndləri isə bəzən trombotik trombositopeniyaya (kiçik damar trombozu) səbəb olur.

Bununla belə, peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməyib.


Aysel