"COVID-19 qorxusu depressiyaya səbəb olur" - XƏBƏRDARLIQ

  • 2021.03.23 13:45
  • 1534 Baxış
"COVID-19 qorxusu depressiyaya səbəb olur" -  XƏBƏRDARLIQ
Türkiyəli professor Gülcan Kalender Güleç pandemiyada depressiya kimi halların artdığını bildirib.

Medicina.az xəbər verir ki, onun sözlərinə görə, pandemiyada bir çox insan depressiyaya düşüb: “Koronavirusa yoluxmaqdan, ölməkdən, sevdiklərimizi, işimizi itirməkdən, maddi sıxıntılar yaşamaqdan, yalnız qalmaqdan qorxan bir hala gəldik. Və bu koronavirus qorxusu depressiyaya səbəb oldu. Əslində narahatlığımız normal səviyyədə olmalıdır. Qaydalara riayət edib, zehnimizin bir kənarında onu unutmadan həyatımıza davam etməliyik. Pandemiya bitdiyində və ya xəstəlik nəzarətə alındıqdan sonrakı illər ərzində belə travma sonrası stress yaşana bilər. Bir il ərzində yaşanılanların təkrar edilməməsi üçün çox diqqətli olmalıyıq. Pandemiya bitməyib və hələ də gündəlik yoluxma sayı yüksəkdir. Bunu bilərək, qaydalara riayət edərək həyatımıza davam etməliyik”.