COVID-19 qurbanlarının sayı 1,3 milyonu keçdi

  • 2020.11.14 09:10
  • 28515 Baxış
COVID-19 qurbanlarının sayı 1,3 milyonu keçdi

Dünyada koronavirusa (COVID-19) yoluxma sayı 1,3 milyonu keçib.

Bu barədə ABŞ-ın Con Hopkins Universitetinin son hesabatında bildirilib.

Qeyd edilib ki, dünyada COVID-19-dan ölənlərin sayı 1 301 054-ə çatıb, eyni zamanda 34 394 784 nəfər sağalıb.

Pandemiyanın başlanğıcından bəri dünyada 53 284 867 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.