COVID-19 sürətlə artır: 76 milyonu ötdü

  • 2020.12.19 08:56
  • 1626 Baxış
COVID-19 sürətlə artır:  76 milyonu ötdü


Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 76 milyonu ötüb.

Bu barədə “worldometers.info”da məlumat verilib.


Belə ki, indiyədək 76 006 697 nəfər koronavirusa yoluxub, 1 681 075 nəfər bu virusdan dünyasını dəyişib, 53 275 632 nəfər sağalıb.

Hazırda dünyada 21 049 990 aktiv koronavirus xəstəsi var ki, onlardan da 106 854-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.