Covid-19-un BA.3.2 variantı 30-dan çox ölkəyə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı bu variantı "izlənməli variant" kimi təsnif edib.
Medicina.az xəbər verir ki, koronavirus pandemiyası öz varlığını hiss etdirməyə davam edir.
Covid-19-un BA.3.2 variantı qlobal miqyasda yayılmağa başlayıb.
BA.3.2 variantı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "İzlənməli variant" kimi təsnif edilib.
COVID-19 variantı BA.3.2 ilk dəfə 2024-cü ilin noyabr ayında Cənubi Afrikada müşahidə edilib və Sikada variantı adlandırılıb.
2026-cı ilin mart ayına qədər yeni COVID variantı BA.3.2 (CICADA) Amerikanın 25 ştatında və ən azı 23 başqa ölkədə aşkar edilmişdi.
Xəstələr adətən şiddətli boğaz ağrısı yaşayırlar. Bəzi hallarda "ülgüc kimi iti boğaz ağrısı" təsvir olunur.
BA.3.2 ilə yoluxduqdan sonrakı ilk bir neçə gündə xəstələr "beyin dumanı" kimi tanınan güclü yorğunluq, zehni tükənmə və diqqət çatışmazlığı yaşayırlar.
Bundan əlavə, ürəkbulanma, ishal və qarın ağrısı əvvəlki variantlarla müqayisədə 15% daha çox rast gəlinir.
Yeni variantla bağlı hələlik pandemiya riski qeyd edilməyib.
Bundan əlavə, mütəxəssislər koronavirusun həyatımıza müxtəlif formalarda daxil olub-çıxmağa davam edəcəyini deyirlər. Lakin, pandemiya əvəzinə, insanların xəstəliyi özləri aradan qaldırma ehtimalı daha yüksək görünür.
Aygün
Medicina.az