COVID-19 vaksini uşaq və təqaüdçülər üçün nəzərdə tutulmayıb

  • 2020.08.12 16:02
  • 2099 Baxış
COVID-19 vaksini uşaq və təqaüdçülər üçün nəzərdə tutulmayıb
Dünyada ilk qeydiyyatdan keçən və Rusiya olan istehsalı koronavirus vaksininin xeyli sayda yan təsirləri meydana çıxıb.

Medicina.az xəbər verir ki, bu barədə məlumat Qamaleya Mərkəzinin hesabatında yer alıb.

Məlum olub ki, tərcübə altında olan 38 nəfərdə 144 yan təsirlər aşkarlanıb. Əksəriyyəti fəsadsız keçsə də, araşdırmanın 42-ci günündə onlardan 31 yan təsir keçməyib (immunoloji göstəricilərin laborator pozuntular qeydə alınıb).

Bildirilib ki, peyvəndlənmədən sonra könüllülərdə şişkinlik, ağrı, hipertermiya, preparatın vurulduğu yerdə qaşıntılar qeydə alınıb. Ümumilikdə könüllülərdə asteniya, əzginlik, pireksiya, hərarətin yüksəlməsi, iştahsızlıq, başağrısı, diareya, udlaq ağrıları, burnun tutulması və s. problemlər aşkarlanıb.

Bundan başqa, vurğulanıb ki, preparat yaşı 18-60 arası olan insanlara vurula bilər. Beləliklə, vaksin uşaq və təqaüdçülər üçün nəzərdə tutulmayıb. Bu, araşdırmanın dar çərçivədə aparılması ilə əlaqədardır.

Peyvənd həmçinin hamilə və uşaq əmizdirən analara qadağandır.