COVID-lə bağlı tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI

  • 2022.09.21 17:42
  • 1271 Baxış
COVID-lə bağlı tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti   UZADILDI



“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.


"Medicina" xəbər xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət noyabrın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət sentyabrın 1-nə kimi nəzərdə tutulmuşdu.