Coviddən sonra ağciyərlərin bərpası üçün - Nələr yeməli?

  • 22 Noy 2021 15:15
  • 1594 Baxış
Coviddən sonra ağciyərlərin bərpası üçün -  Nələr yeməli?
Koronavirusdan sağalan şəsxlər orqanizmin bərpası üçün qida rasionuna xüsusi fikir verməlidirlər.

Bunu rusiyalı həkim-terapevt və infeksionist Fəllahi Nurcahan bəyan edib.

O, gündə 5-6 dəfə, lakin kiçik porsiyalarla qidalanmağı məsləhət görüb.

“Toyuq, hind toyuğu, mal əti, yumurta kimi bol zülallı qidalar mütləqdir. Faydalı yağlar baxımından isə balıq və qoz-fındıq vacıbdir. Süd məhsulları təbii probiotiklər, dənli bikilər, meyvə-tərəvəz isə liflərlə zəngin olduğu üçün istifadə edilməlidir”, -deyə həkim bildirib.

Terapevt və infeksionist, həmçinin gün ərzində 1.5–2 litr su içməyi də unutmamağı tövsiyyə edib.

Ağciyərləri 40-60 faiz tutulanlar isə bu orqanın sevimli qidası olan heyvani yağları artırmalıdır. Yəni quyruq yağı, sala, piy, yağlı ət, balıq, toyuq, kərə yağı, yumurta sarısı, bitki yağları, mal qaraciyəri və s. kimi qidaları hər gün qəbul edin.
Ağciyər toxumasını yağlar və zülallar bərpa edir. Yağı artırmaqdan çəkinməyin.