Çox isti havada pivə içməyin! - Zərərləri

  • 2022.07.22 17:30
  • 3032 Baxış
Çox isti havada pivə içməyin!  - Zərərləri


Həkimlər insan orqanizmini qurudan və qocalmanı sürətləndirən ən pis içkini açıqlayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə həkim dietoloq Roksana Ehsani məlumat verib.

"Baxmayaraq ki, pivə mayedir, o orqanizmdən suyu çıxarır, orqanizmi daha da susuzlaşdırır.

Xüsusilə şirinləşdirilmiş köpüklü içkilər, limonad dadlı pivələr bu vəziyyəti daha da dərinləşdirir.

Yüksək şəkər tərkibli içkilərlə pivəni qarışdıranda və ya eyni vaxtda içəndə orqanizm üçün çox zərərli kokteyl alınır.

İsti havalarda pivə içib sərinləmək yanlış seçimdir. Bu ürək-damarı daha da təzyiqə salır.

Pivə köpüyündə kobalt var, onun çoxluğu ürək üçün zərərlidir".