Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çox şoraba yeyənlərin beynində bu dəyişiklik olur

  • 2024.01.09 18:10
  • 1193 Baxış
Çox şoraba yeyənlərin beynində bu dəyişiklik olur

Çox duzlu qidalara, şorabaya bağlılıq, meyillik gələcəkdə demensiyaya - əqli və yaddaş pozulmasına səbəb ola bilər.

Medicina.az xəbər verir ki, ABŞ-ın Kornelli Universitetinin alimləri neyrobioloq Cuzeppe Farakonun rəhbərliyi ilə laboratoriya siçanları üzərində bu təsiri yoxlayıblar. Onlar siçanlara yüksək duzlu rasion seçir və 3 ay qidalandırırlar. Siçanlarda demensiya simptomları görülür və yuvalarından çıxdıqdan sonra onu tapmağa çətinlik çəkirdilər.

Alimlər təyin edib ki, artıq duz baş beyni qidalandıran arteriyaların divarlarını dəyişir, beyində kimyəvi dəyişikliklər yaradır və oksid azot sintezi dayanır. Hansı ki, məhz oksid azot damarları genişləndirir, qan dövranını təmin edir.


Eləcə də yeni araşdırma sübut edib ki, duzlu qida neyronlarda tay-zülalın stabilliyini pozur. Bu zülal neyronların sağlamlıq və funksiyalarını təmin edir.

Oksid azot çatışmadığına görə, tay zülallar neyronları tərk edir, bir yerə toplaşır yapışır və neyrofibrilyar toplar əmələ gətirir. Bununla da beyin neyronları ölməyə başlayır.