Çox yağlı yeyən kişilər daha çox bu xərçəngdən ölürARAŞDIRMA

  • 2019.12.02 18:40
  • 2868 Baxış
Çox yağlı yeyən kişilər daha çox bu xərçəngdən ölür ARAŞDIRMA

Yüksək yağ, piy tərkibli qidalar yeyən kişilərdə prostat vəz xərçəngi riski çox olur.

Medicina.az xəbər verir ki, bunu Makqill Universitenin alimləri sübut ediblər. 319 nəfərin xərçəng genləri və qida rasionu araşdırılıb.

Məlum olub ki, prostat xərçəngi xəstəliyindən ölüm doymuş yağlarla qidalanan kişilərdə 4 dəfə daha çoxdur.
Daha dəqiq araşdırma nəticəsində məlum olub ki, qidada doymuş turşuların çox olması hüceyrələri xərçəngin inkişafına proqramlaşdırır. Bu da xərçəngin yayılması və ölümü sürətləndirir.

Əgər rasionda bu yağların payınızı azaltsalar, xərçəngin erkən mərhələdə inkişafının qarşısını alıb, metastazları əngəlləyə və ömrü uzatmaq olar.