Çox yorğunluq hissi olan insan çek-ap olunmalıdır- Ciddi təhlükə

  • 2023.01.23 15:17
  • 1129 Baxış
Çox yorğunluq hissi olan insan çek-ap olunmalıdır - Ciddi təhlükə

Bəzən insan səbəbsiz, heç bitməyən yorğunsuzluq hiss edir və yataram keçər, dincələrəm keçər, işdəndir deyə düşünür.


“Medicina” xəbər verir ki, onkoloq Yekaterina Bolotskaya xəbərdarlıq edici açıqlama verib.

“Təəssüf ki, xərçəng xəstəliyinin ən geniş yayılmış, 90% rast gəlinən simptomu yorğunluqdur.
İstənilən yaşda bu xəstəlik baş qaldıra bilər.

Vaxtında aşkarlamaq üçün orqanizmdə gedən ən kiçik və əhəmiyyətsiz simptomlara belə fikir vermək lazımdır.

Məsələn, keçməyən, ən yüngül iş zamanı belə yorğunluq, iştahın azalması, çəkidə səbəbsiz istənilən dəyişiklik, ağızda dadın itməsi, əvvəl sevdiyin qidalara ikrah yaranması, ürəkbulanmalar...

Tez-tez səbəbsiz qızdırma, hərarətin 37,5 ə çatması, analizlərdə qanın düşməsi, hardasa keçməyən ağrı və s.

Qanlı bəlğəmli öskürək ağciyər xərçəngi, qanlı ishallı nəcis bağırsaq, qara nəcis mədə xərçəngi, uşaqlıq boynu şişindən ola bilər.
İnsan özü-özünü müşahidə etməlidir. Keçməyən hər bir dəyişiklik müayinə tələb edir”.

Aygün Musayeva