"D" viamini ilə zəngin olan qidalar - Gərəksiz istifadəsi zərərlidir

  • 2021.04.07 12:46
  • 2508 Baxış
"D" viamini ilə zəngin olan qidalar -  Gərəksiz istifadəsi zərərlidir
“D” vitamininin normadan artıq istifadəsi zərərlidir.

Medicina.az xəbər verir ki, onun qada kalsiumun yüksəlməsi, böyrək çatışmazlığı, daşlar, böyrəklərdə kalsium yığılması kimi zərərli təsirləri vardır. Yaz və yaya aylarında dəri xəstəlikləri baxımından problem yoxdursa, yetərli mqdarda günəşdə qalmalı, yaz və qış aylarında da günəşdən D vitamini almaq önəmlidir. D vitamininin, başda kalsium və sümük metabolizması olmaqla, bir çox sistemin işləməsində rolu vardır. Təəssüf ki, son zamanlarda bu vitamindən normadan artıq istifadə edənlərin sayı artıb. Xüsusilə qapalı ortamda yaşamaq, yaz, yay və qış aylarından başqa yetərli günəşə məruz qalmamaq, D vitaminindən yetərsiz qidalarla bəslənmək əsas səbəblərdir. Gündəlik D vitamini ehtiyacı özəlliklə 600-1.500 vahid miqdarındadır. Heç bir xəstəliyi olmayan bir insan gündə orta hesabla 1.000 vahid D vitamini istifadə edə bilər. Amma digər xəstəlikləri olanlar həkimlə məsləhətləşməlidir.

D VİTAMİNİ İLƏ ZƏNGİN OLANLAR

- Sardalya, qızılbalıq, skumbriya, ton balığı kimi yağlı balıq növləri,
- Süd və süd məhsulları,
- Yumurta,
- Portağal suyu,
- Toyuq ciyəri,
- Gicitkən otu,
- Cəfəri,
- Göbələk.