D vitamini böyrəklərdə daş əmələ gətirə bilər - Xəbərdarlıq

  • 2020.11.05 15:47
  • 1679 Baxış
D vitamini böyrəklərdə daş əmələ gətirə bilər  - Xəbərdarlıq

Mütəxəssislər bildirir ki, D vitamini koronavirusla mübarizədə olduqca təsirlidir, lakin bəzi hallarda xəstələrin həyatını təhlükəyə ata bilər.

Medicina.az xəbər verir ki, bu barədə immunoloq Marina Apletayeva məlumat verib.


“D vitamini günəşin təsiri altında dəridə istehsal olunur. D vitamininin rolu çox şişirdilib. Bu çatışmazlıq insanın ümumi vəziyyətini pisləşdirmir”.

Marina Apletayeva qeyd edib ki, D vitamini həqiqətən immun sistemini hərəkətə gətirə bilər. Bununla birlikdə, D vitamini makrofaqların istehsalına kömək edir, bunlar da öz növbəsində yalnız bakteriyalara qarşı təsirli olur, viruslarla mübarizə aparmaq üçün leykositlərə ehtiyac var.

Allerqoloq D vitamininin faydalarını yalnız kompleks təsirlərlə, məsələn, günəş vannası və yağlı balıq yeyilməsi ilə birlikdə əldə edildiyini xatırladıb. Faydalı maddənin çox olması da zəhərli təsirlərə səbəb ola bilər. Mütəxəssis çatışmazlığın olub-olmadığını müəyyənləşdirmək və optimal dozanı hesablamaq üçün həkimə müraciət etməyi tövsiyə edib.

“Əvvəllər hər kəs zəncəfil istifadə edirdi. İndi insanlar D vitamini içirlər. Ancaq nəzarətsiz istifadəsi böyrək daşları xaricində heç nəyə zəmanət verə bilməz”, - həkim yekunda bildirib.