D vitaminini K2 vitamini olmadan qəbul etməyin – Böyrəkdə daş TƏHLÜKƏSİ

  • 2021.03.01 20:11
  • 2443 Baxış
D vitaminini K2 vitamini olmadan qəbul etməyin  – Böyrəkdə daş TƏHLÜKƏSİ

D vitamini kalsiumun mənimsənilməsi, onun qana sovrulması üçün vacibdir. D vitamini az olan insanda sümüklər, dişlər zəifləyir.
D vitamini əskikliyi özü problemlər yaradır.


Son zamanlar insanlar kütləvi olaraq D vitamininə sanki hücum çəkib. Amma onu unuduruq ki, D vitamini kalsiumu çəkib qana atsa da, onu lazımi orqanlara, sümük və dişlərə çatdırmaq üçün K2 lazımdır. K2 olmadıqda qana atılan kalsium böyrəklərə çökərək orda daş yarada bilər.

Medicina.az K2 vitaminin faydalarını təqdim edir.

- Kalsiumun damarları kirəcləşdirməsinin qarşısını alır
- İnfarkt, insult riskini azaldır
- Təzyiqin yüksəlməsinə qarşıdır
- Qanda şəkər səviyyəsini tənzimləyir

- Uzun müddət yüksək dozada D vitamini qəbulu zamanı böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır


Ona görə də kəskin D vitamini əskikliyi olan yüksək dozada vitamini qəbul edən insanlar yanaşı olaraq K2 qəbul etməlidir və ya tərkibində bu vitamin də olan qarışıq D vitamini alıb içsinlər.