Daha 10 ölkədə koronavirusun yeni növü aşkarlandı

  • 2021.02.16 15:12
  • 1112 Baxış
Daha 10 ölkədə koronavirusun yeni növü aşkarlandı

Böyük Britaniyada və dünyanın bir sıra ölkələrində koronavirusun “B 1525” adlandırılan yeni növü aşkar edilib.

“Guardian” nəşri bu barədə Edinburq Universitetinin tədqiqatçılarına istinadən xəbər verib.

Məlumatda qeyd olunur ki, artıq İngiltərədə 32, Danimarkada 35, Nigeriyada isə 12 nəfərin “B 1525” virusuna yoluxduğu aşkar edilib.

ABŞ-da yeddi, Fransada isə beş nəfərin sözügedən virusa yoluxduğu müəyyən edilib.

Qana, Avstraliya, Kanada, İordaniya və İspaniyada da “B 1525” virusuna yoluxma halları aşkarlanıb.