Daha 16 erməni koronavirusdan öldü

  • 2020.10.26 10:45
  • 2608 Baxış
Daha 16 erməni koronavirusdan öldü

Ermənistanda daha 973 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 78 810-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 16 nəfər artaraq 1 196-ya çatıb. İndiyədək 51 162 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 26 113 aktiv koronavirus xəstəsi var.