Daha 2 398 erməni koronavirusa yoluxdu, 28 nəfər öldü

  • 2020.10.30 10:51
  • 6474 Baxış
Daha 2 398 erməni koronavirusa yoluxdu,  28 nəfər öldü

Ermənistanda daha 2 398 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 87 432-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 28 nəfər artaraq 1 300-ə çatıb. İndiyədək 54 316 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 31 458 aktiv koronavirus xəstəsi var.