Bakı şəhəri, Qaradağ rayonunda iki bacı dəm qazından boğularaq ölüb.
Medicina.az xəbər verir ki, gecə saatlarında Ələt qəsəbə sakini 1951-ci il təvəllüdlü Minəxanım Qəzənfər qızı Məmmədova və bacısı 1955-ci il təvəllüdlü Almaz Abbasovanın yaşadıqları evdən meyitləri tapılıb.
Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.
Faktla bağlı araşdırma aparılır.