Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha 2 xəstəxanaya direktorlar təyin edildi

  • 2025.08.12 16:41
  • 103 Baxış
Daha 2 xəstəxanaya direktorlar    təyin edildi



Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub.


"Medicina" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcək.


Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.


Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək T.Bəbirov da ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb.