Daha 1 234 erməni koronavirusa yoluxdu

  • 2020.10.20 11:09
  • 1393 Baxış
Daha 1 234 erməni koronavirusa yoluxdu

Ermənistanda daha 1 234 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 65 694-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 101-ə çatıb. İndiyədək 48 734 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 15 859 aktiv koronavirus xəstəsi var.