Daha 29 erməni COVID-19-dan öldü

  • 2020.10.29 10:55
  • 17473 Baxış
Daha 29 erməni COVID-19-dan öldü
Ermənistanda daha 2 383 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 85 034-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 29 nəfər artaraq 1 272-yə çatıb. İndiyədək 53 257 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 28 548 aktiv koronavirus xəstəsi var.