Daha 3 futbol hakimi koronavirusa yoluxdu - Türkiyədə

  • 2020.09.25 16:37
  • 3289 Baxış
Daha 3 futbol hakimi koronavirusa yoluxdu  - Türkiyədə

Türkiyədə futbol hakimləri arasında koronavirusa yeni yoluxma halları aşkarlanıb.

Medicina.az xəbər veri ki, daha 3 referinin analiz nümunələri müsbət çıxıb.

Onlardan ikisinin aşağı, birinin isə regional liqada idarəçilik etdiyi bildirilib. Hər 3 referi 14 gün ərzində karantində qalacaq.

Qeyd edək ki, Türkiyədə bundan əvvəl 6 hakim koronavirusa yoluxub.