Daha 333 nəfər koronavirusdan öldü - Rusiyada

  • 2021.03.01 12:31
  • 1018 Baxış
Daha 333 nəfər koronavirusdan öldü -  Rusiyada

Rusiyada son bir gündə daha 11 571 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 257 640 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 333 nəfər artaraq 86 455-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 823 074 nəfər sağalıb.