Daha 4 892 nəfər virusa yoluxdu

  • 2020.08.17 12:14
  • 2710 Baxış
Daha 4 892 nəfər virusa yoluxdu

Rusiyada son bir gündə daha 4 892 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 927 745 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 55 nəfər artaraq 15 740-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 736 101 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 690 nəfər.