Daha 4 nəfər koronavirusdan öldü

  • 2020.03.02 19:10
  • 3578 Baxış
Daha 4 nəfər koronavirusdan öldü
Fransada koronavirusdan ölənlərin sayı artıb.

Medicina.az xəbər verir ki, ölkədə koronavirusa yoluxmuş daha iki nəfər dünyasını dəyişib.

Məlumata görə, ölənlərin hər ikisi yaşlıdır.

Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Fransada koronavirusa yoluxan şəxslərin sayı 150 nəfəri ötüb. Onların arasında La Balme-de-Sillingy şəhərinin meri də var. Artıq Fransa prezidenti Emmanuel Makron xarici səfərlərini təxirə salıb.